Yazını böyüt
Yazını kiçilt
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni Alyansa üzv olan bəzi ölkələrin Kiyevə kömək üçün öz nizami ordusunu göndərə biləcəyini söylədikdən sonra onu “çox ağıllı adam” adlandırıb.
“Yaxşı, bu ölkələrin əhalisindən soruşdunuzmu? Onlardan hansı Rusiya ilə müharibə istəyir? Avropaya hipersəs zərbələri endirmək istəyirsən, elə deyilmi? Bəs Sam dayı bu barədə nə düşünür? Axı bu, ona da təsir edəcək”, – Medvedev Teleqram kanalında yazıb.