Medvedev Kiyevdə olan Britaniya baş nazirini kasetli mərmilərlə hədələdi

17:59 12.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev eyham edib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna ilə tarixi təhlükəsizlik sazişi imzalayacağı təqdirdə Kiyevin mərkəzində kasset mərmiləri ilə vurula bilər.

Hafta.az xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.

Məlum olduğu kimi, Sunak sosial şəbəkələrdə artıq Ukraynada olduğunu təsdiqləyib. Bu xəbərlə əlaqədar Medvedev telegram-kanalında bunları yazıb:

“Qərb ictimaiyyəti bizim Belqorodun mülki əhalisinin başına gəldiyi kimi, Kiyevin mərkəzində Britaniya nümayəndə heyətinin də kasetli sursatlardan atəşə tutulmasına necə reaksiya verərdi?”

O, həmçinin britaniyalıları Rusiyanın “əbədi həyasız düşmənləri” adlandırıb və bildirib ki, Britaniya öz qoşunlarını Ukraynada yerləşdirərsə, ona qarşı müharibə elan olunacaq. “Onların rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq”, -deyə Rusiyanın eks-prezidenti vurğulayıb.