Məhkəmə makaron istehsalçısının 3 trilyonluq aktivlərinə həbs qoydu

09:29 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada icra hakimiyyəti orqanı ölkənin ən böyük makaron istehsalçısı olan “Makfa”ya məxsus 100 trilyon rubl dəyərində aktivlərə həbs qoyub. Rusiya mətbuatı yazır ki, bir müddət rəqəmin doğruluğuna şübhələr var idi. Çünki bu məbləğ bütün Rusiya büdcəsinin üç qatına bərabərdir. Bu rəqəmin xarici valyuta ekvivalenti 1 trilyon dollardır.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, vəkil Andrey Qoltsblat bildirib ki, icra bürosunun bu məbləğə necə çatdığı məlum deyil.

Şirkəti məhkəmədə təmsil edən vəkil Pavel Xlustov da RBC-yə bildirib ki, 100 trilyon rubl rəqəmi yalnız “məhkəmə icraçısının yaradıcılığı ilə” izah etmək olar.

Rusiyada prokurorluq 1990-cı illərin əvvəllərində “Makfa”nın qanunsuz özəlləşdirildiyi əsası ilə onun milliləşdirilməsinə dair ittiham aktı hazırlamışdı. İttihamnamədə 34 yerli və xarici şirkət, o cümlədən 12 fiziki şəxs ittihamlanır.

İttiham olunanlar arasında Çelyabinskin eks qubernatoru Mixail Yureviç və keçmiş deputat Vadim Belousov da var. Hər iki şəxs uzun müddətdir ki, həyatlarını Rusiyadan kənarda yaşayırlar.