Məhkəmə “yalnız slavyanlar üçün” ifadəsini işlətməyi yasaqladı

09:10 17.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva məhkəməsi işəgötürənlərə iş elanlarında millətçilik və ayrı-seçkilik ehtiva edən ifadələrdən istifadəni yasaqlayıb.

Hafta.az-ın yazdığına görə, Moskvanın Doroqomilovski Məhkəməsi “yalnız slavyanlar üçün” ifadəsini ehtiva edən əyalət reklamlarının dərcini qadağan edib. Məhkəmə əsaslandırılmış qərarında vurğulayıb ki, bu cür iş elanları milli mənsubiyyətə görə ayrı-seçkilik yaradır.

Oxşar ifadələr bir çox iş elanlarında, xüsusilə VK sosial şəbəkəsində istifadə edilir.

Rusiyada Mərkəzi Asiya, Hindistan və Afrika ölkələri kimi bir çox fərqli etnik və mədəniyyətdən olan işçilər çalışır.