Məhsa Əmininin əmisi İranda həbs edildi

09:10 15.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran məhkəməsi həbsdə olarkən dünyasını dəyişən iranlı kürd qadın Məhsa Əmininin əmisi Əli Səfa Ailəni 2022-ci ildəki etirazlar zamanı hökumət əleyhinə fikirlər səsləndirdiyinə görə 5 il 4 ay həbs cəzasına məhkum edib.

Hafta.az-ın HRANA-ya istinadən yazdığına görə, kürdlərin yaşadığı Sakkiz şəhərinin İran İnqilab Məhkəməsinin qərarında Əli Səfa Ailəyə etirazlar zamanı öldürülən mühafizəçinin CV-sini qiymətləndirən kompozisiya hazırladığına görə həbslə yanaşı, “qəribə” sayılan cəza da verib. İran kürdlərinin hüquqları ilə məşğul olan və mənzil-qərargahı Norveçdə yerləşən HRANA-nın məlumatına görə, müttəhim Ailə məhkəmə orqanlarına sözügedən kompozisiyanın mətni ilə bağlı “şəxsi ifadəsini” təqdim edib.

Məhkəmə həmçinin Əli Safa Ailənin yaxınlarına sosial media hesablarında bu mətnlə bağlı səsli mesaj yayımlamağı tapşırıb.

HRANA, təqsirləndirilən şəxsin vəkili Salih Nikbahata əsaslanaraq, sözügedən həbs cəzasının bir hissəsinin təxirə salındığını, Əli Rza Ailənin cəzasının isə 3 il 6 aya endirildiyini iddia edib.

AFP-nin məlumatına görə, Məhsa Əmininin əmisinə qarşı ittihamlar arasında "daxili təhlükəsizliyi pozmaq, rejim əleyhinə təbliğat aparmaq və İranın Ali Rəhbəri Xameneini təhqir edən müxalifət etirazlarına qatılmaq" daxildir.

2023-cü ilin sentyabrında, qardaşı qızının ölümünün bir illiyinə az qalmış həbs edildikdən sonra zaminə buraxılan Ailə hazırda həbsdə deyil.

Xatırladaq ki, 22 yaşlı gənc qadın Məhsa Əmini 16 sentyabr 2022-ci ildə hicabını düzgün taxmadığı iddiası ilə saxlanıldıqdan sonra dünyasını dəyişib. Əmininin ailəsi və fəalları, rejimin xəstəlikdən əziyyət çəkdiyi barədə əvvəlki açıqlamasının əksinə olaraq, onun əxlaq polisi nəzarətində olarkən başından aldığı zərbə ilə öldürüldüyünü deyir.

HRANA-nın məlumatına görə, 2023-cü ilin oktyabrında Əmininin əmisi Ailə zaminə buraxılıb. İranda məhbusların qısa vaxtda uzun cəzalara məhkum edilməsi və günahkar bilinməsi adi haldır.

İran rəsmiləri etirazlarla bağlı bəyanatlarında xarici hökumətləri və düşmən medianı “iğtişaşlar” törətməkdə ittiham edirlər.