Məktəbdə qaydalara daha ciddi əməl olunur, nəinki digər məkanlarda - Nadir İsrafilov

13:57 13.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

 Biz dünya təcrübəsini öyrənə bilərik, amma onu olduğu kimi Azərbaycanda tətbiq edə bilmərik. Bu elə bir prosesdir ki, hər ölkədə vəziyyət eyni deyil. İstənilən halda hökm xarakterli çağırışlardan çəkinməliyik. Güman edirəm ki, Nazirlər Kabinetinin təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı təsdiqləyəcəyi qaydalarda hökm xarakterli qərarlar olmayacaq.

Bu fikirləri hafta.az-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, burada bir məsələ də var ki, bütün sahələr qalıb kənarda, biz təhsilin üzərinə düşmüşük:

“Biz bir şeyi dərk etməliyik ki, hazırda restoranlar, iri ticarət mərkəzləri, şadlıq sarayları kütləvi şəkildə fəailiyyət göstərir və ortada potensial risk mövcuddur.

Amma biz məktəblərin açılmasına tərəddüd edirik. Hər halda məktəbdə qaydalara daha ciddi əməl olunur, nəinki sadaladığım digər məkanlarda.

Biz bu kimi məsələləri nəzərə almırıq, düşünürük ki, məktəb açılsa, yoluxma artacaq. Məgər yay müddətində məktəb var idi, amma yoluxma pik həddə idi. Təbii ki,bununla bağlı da ciddi təhlillər aparılmalıdır”.