Məktəbliləri daşıyan mikroavtobus aşıb

22:47 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda məktəbliləri daşıyan mikroavtobus ilə ağır tonnajlı yük maşını toqquşub.

Hafta.az türk mətbuatına istinadla xəbər verir ki, Ovabağ məhəlləsində baş verən yol-nəqliyyat hadisəsində mikroavtobus zərbədən aşıb. Hadisə nəticəsində əksəriyyəti şagird olmaqla 15 nəfər yaralanıb. Qəza yerində yaralılara ilkin tibbi yardım göstərilib və hamısı xəstəxanaya yerləşdirilib.

Oxunma sayı 123