Melitopolda sərxoş Rusiya hərbçiləri “FSB” əməkdaşlarıyla atışdı

15:14 17.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın işğal olunmuş Melitopol şəhərində sərxoş işğalçı hərbçilər Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX- “FSB”) və komendatura əməkdaşlarıyla  atışıblar.

Hafta.az xəbər verir ki, bu haqda “RİA-Melitopol”  nəşri məlumat yayıb.

Şahidlərin sözlərinə görə, ruslar işğalçı komendatura yaxınlığındakı doqquzmərtəbəli mənzillərdən birində məskunlaşıb və saat 22:00-dan etibarən “gəzməyə”  çıxıblar. Onlar əvvəlcə mahnı oxuyublar, sonra isə atəş açmağa başlayıblar.

Yerli sakinlər “polis” çağırsalar da, işğalçıların öhdəsindən gələ bilməyiblər. “Hərbi polis”, "FSB" və Rusiyanın digər hüquq-mühafizə orqanlarının əməkdaşları köməyə gəlib.

Buna cavab olaraq sərxoş işğalçılar onları “arxa cəbhə siçovullar”ı adlandıraraq “biz döyüşdük” deyə qışqırıblar. Bundan sonra atışma başlayıb. Nəhayət, “fatehlər” tutulub – mənzilin qapısı sındırılıb və bütün rus hərbçilər döyülərək naməlum istiqamətə aparılıb.