“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” - MÜƏLLİMLƏR TOPLAŞDI

13:37 06.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günü idi. Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusudur. Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər.

Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olub. Platon deyirdi - “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər isə öz müəllimi Aristotel haqqında deyib: - “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayırdı, Həzrəti Əli isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram”, deyirdi. Nizami Gəncəvi isə müəllimi günəşə bənzədirdi.

Ulu öndərimiz də müəllimə həmişə yüksək qiymət verib, müəllim haqqında gözəl sözlər söyləyib. Onun müəllim haqqında dediyi - “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalniz ona etibar edir”, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikirləri müəllimə verilmiş ən gözəl tərifdir.

Hafta.az xəbər verir ki, 5 oktyabr tarixində Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin təşkil etdiyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı tədbir keçirilib.

Tədbirdə BDU-nun Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" Teleradio Şirkətinin sədr müavini, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev, Alim ictimai-siyasi xadim, Milli Məclisin deputatı, "ADA" Universitetinin prorektoru İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmailzadə, İctimai-siyasi xadimi, Milli Məclisin deputatı ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri Vüqar Rəhimzadə, ictimai siyasi xadim, Xankəndidən olan Milli Məclisin deputatı Tural Gəncəliyev, Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov, Sahibkar Qadınlar İctimai Birliyinin sədri, ictimai xadim Zemfira Ağayeva, Əməkdar incəsənət xadimi, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən tanınmış rəssam - modelyer, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova, Xalq artisti ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri İlham Namiq Kamal, Xalq artisti Zemfira Nərimanova, Dövlət İqtisad Universitetinin Qadınlar Şurasının sədri, fəxri professor, BMT-nin Sülhməramlı Səfiri, Əsilzadələr Məclisinin üzvü Hacıxanım Kifayət Xudaverdiyeva, Alim, professor Pedaqoqika üzrə Fəlsəfə doktoru Sədaqət Rəhimova, 238-li məktəbin direktoru Xuraman Osmanova, Ehtiyatda olan Əsgər Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon Şəhid ailələri iş şöbəsinin rəhbəri Əfsanə Nəbiyeva, Pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlı, AMEA-nın böyük elmi işçisi, F.f.d.Aytən Qurbanova dəyərli, ziyalı xanımlar və əməkdar müəllimlər iştirak edirdi.

Qeyd edək ki, tədbir fəxri qonaqların maraqlı çıxışları ilə yadda qalıb.

Tədbirin təşkilatçısı və aparıcısı Milli Dəyərlər üzrə Maarifləndirmə ictimai birliyinin sədri, şair-jurnalist, “Tərəqqi medallı” Gülşən Behbud sonda fəxri qonaqlara və iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirib.