Məntəqələrə gəlmək imkanı olmayanlara daşınan qutu çatdırılacaq

15:37 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır.

Hafta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır:

"Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və təhlükəsizlik məsələləri təmin olunmalıdır".