Mənzildə yaşlı qadın meyiti aşkarlanıb

20:19 05.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Abdullayeva Tamara Hüseynağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.