Yazını böyüt
Yazını kiçilt
Omanda insan itkisinə səbəb olan çökmə hadisəsi nəticəsində itkin düşənlərin axtarış-xilasetmə prosesi davam edir.
Hafta.az-ın yazdığına görə, ölkənin qərbindəki İbri vilayətinin Arıd bölgəsində yerləşən mərmər karxanasında qaya parçasının çökməsi ən azı 11 nəfərin ölümünə səbəb olub.
Oman Mülki Müdafiə və Xilasetmə Təşkilatının Twitter hesabından verilən açıqlamaya görə, ötən həftənin sonu meydana gələn çökmə olayı ilə bağlı xilasetmə tədbirləri hələ də davam edir. Məlumata əsasən, 11 ölüm faktından əlavə, 4 nəfər ağır yaralanıb, daha 4 nəfər isə itkin düşüb.