Məşhəd Hava Kirliliyi Təcili İş Qrupunun sədri Mehdi Elahəpur deyib ki, havanın çirklənməsi səbəbindən Məşhəddəki bütün məktəblərdə məsafədən təhsil qərarı verilib.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, açıq mühitlərdə bütün idman fəaliyyətlərinin dayandırılacağını bildirən Elahəpur, tənəffüs və ürək xəstəlikləri olan insanlara, xüsusilə də uşaqlara, yaşlılara və hamilə qadınlara alış-veriş və fiziki fəaliyyətlərini başqa günə təxirə salmağı tövsiyə edib.
Şəhərdə havanın çirklənməsinin 167 mikroqram/kubmetri keçdiyi qeydə alınıb.
Havanın keyfiyyəti indeksində bir kubmetr havada olan hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər “0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəlidir (qəhvəyi).