Məşhur əyləncə mərkəzi dövlət hərracında satılacaq

13:16 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club"un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

Hafta.az xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.

Sahəsi 241 kvadratmetr olan, 10 otaqdan ibarət ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.

Qeyd edək ki, "Residence Cinema Club"un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil. /"Teleqraf"/