Məşhur teleaparıcı Mətin Ucanın qəfil ölümü Türkiyəni sarsıdıb. Uca Kocaelinin Dilovası rayonunda baş verən yol qəzası zamanı 62 yaşında dünyasını dəyişib.
Hafta.az-ın yazdığına görə, Uca maşın sürərkən qəfil halı pisləşib və qəza keçirib. O, dərhal hadisə yerinə gələn tibb qrupları tərəfindən ən yaxın xəstəxanaya aparılıb. İlk müdaxilələrdən sonra Ucanın yuxu damarlarının tıxandığı və vəziyyətinin ağır olması səbəbindən dərhal intubasiya edildiyi anlaşılıb.
Mətin Ucanın ölüm xəbərini onun meneceri Kübra Kaləm Baykara sosial şəbəkədə açıqlayıb. Baykaranın paylaşımında "Mətin Ucamızı itirdik. Ürəyimiz ağrıdı" ifadəsi yer alıb. Bu xəbər Uca pərəstişkarlarının və media dünyasının böyük kədərinə səbəb olub.
Mətin Uca illər boyu televiziya proqramları və yumoristik şəxsiyyəti ilə tanınan bir sima idi. Televiziya dünyasına çoxsaylı töhfələr verən Uca sosial məsuliyyət layihələrində də fəal rol alıb.