Metallurgiya sənayesi məhsullarının istehsalı 9,4 faiz artıb

13:42 20.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyun aylarında 423,1 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, metallurgiya sənayesi məhsullarının istehsalında 9,4 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 3,4 faiz artım müşahidə olunub.

Yanvar-iyun aylarında sahə üzrə 11 min 324,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

Oxunma sayı 790