Metroda 20 dəqiqəyədək yubanmalar olub - YENİLƏNİB

17:56 29.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb. Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

Bu barədə hafta.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bildirilib ki, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

***

Saat 17:10 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu barədə hafta.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl xətlər"ində qatarların hərəkətində gecikmələr var.