“Milli Hərəkat”ın ən ağır cinayəti 2008-ci ildə törədilən avantüradır”

09:05 08.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Milli Hərəkat” vətənə, xalqa qarşı çoxlu cinayətlər törədib, lakin ən böyük və ən ağır cinayət 2008-ci ildə törədilən avantüradır. Ölkəmizin dönməz inkişafının təmin edilməsi və Gürcüstanda uzunmüddətli sülhün bərqərar olması üçün bu hadisələrə lazımi hüquqi qiymət verilməsi son dərəcə vacibdir. Biz ictimaiyyətə söz veririk ki, seçkilərdən sonra bu, mütləq baş verəcək”.

Hafta.az-ın yazdığına görə, “Gürcü Arzusu” siyasi şurasının bəyanatında belə deyilir.

“Gürcü arzusu”nda deyildiyi kimi, 2008-ci ilin avqust hadisələrinə mütləq hüquqi qiymət veriləcək.

“Bir daha vurğulayırıq ki, beynəlxalq məhkəmələrdə bütün risklər aradan qaldırıldığı üçün 2008-ci ilin avqust hadisələrinə mütləq hüquqi qiymət veriləcək. Rusiya-Ukrayna müharibəsi fonunda “Milli Hərəkat”ın Gürcüstanı hərbi münaqişəyə nə qədər səylə sürüklədiyini və ölkəmizi növbəti dəfə müharibə alovu içində bürüməyə çalışdığını son iki il bizə açıq şəkildə göstərdi. Bu hal 2008-ci ildə həmin şəxslərin qəsdən ən pis təxribatı təşkil etmələri və kənardan alınan anti-dövlət tapşırığını tamamilə düşünülmüş şəkildə yerinə yetirmələri inamını bir daha gücləndirdi. Bu sərəncam kimdən gəlib və o zaman hökumətin ən yüksək vəzifəli şəxsləri kimin tapşırıqlarını yerinə yetiriblər, biz burada bilərəkdən bu məsələnin üzərində dayanmayacağıq, çünki ictimai hüquqi proses hər şeyi aşkar edəcək. Biz bu prosesdə iddiaçı tərəf olacağıq və “Milli Hərəkat” vətənə, xalqa qarşı törədilmiş xəyanətkar cinayətə görə kollektiv şəkildə cavabdehlik daşımalı olacaq. Burada vurğulayırıq ki, bütün bunlar nə Rusiyanın törətdiyi cinayətləri, nə də ölkəmizin ərazilərinin işğalına görə Rusiyanın məsuliyyət daşıdığını yüngülləşdirir”, – bəyanatda deyilir.