Millimiz Macarıstana qarşı

15:27 07.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Hafta.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma II turda səfərdə Macarıstanla qarşılaşacaq. Felksutdakı “Panço Arena”da reallaşacaq görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Bakıda Şimali Makedoniya kollektivini 2 cavabsız qolla məğlub edib.