Millimiz qələbə ilə başladı

17:56 03.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Hafta.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan milli ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib. “Dalğa Arena”da təşkil olunan görüş yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Sevinc Cəfərzadə vurub.

Matçı Polşadan olan hakimlər briqadası idarə edib.