Mina qurbanlarına kiçik biznes sahəsinin yaradılması nəzərdə tutulur - Hafiz Səfixanov

15:58 01.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların  ailələrinə kiçik biznesin yaradılması” adlı növbəti layihəsinin icrasına başlayır.

Bu barədə hafta.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası  ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.

Layihənin məqsədi barədə danışan H.Səfixanov bildirib ki, əsasən Füzuli, Tərtər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə təmannasız maliyyə dəstəyinin göstərilir. Vətəndaaşlara maliyyə dəstəyi verilməklə onların iqtisadi inteqrasiyasına nail olmaq, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına və ləyaqətlə yaşamasına kömək etmək nəzərdə tutulur.

“Hər rayondan olan bir mina qurbanına və onun ailəsinə özlərinin işlədə biləcəkləri kiçik biznes sahəsinin yaradılması nəzərdə tutulur”-deyə H.Səfixanov bildirib.  Layihənin icra müddəti 4 aydır.