Mingəçevirdə 18 yaşlı qızı maşın vurdu

20:04 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə 18 yaşlı qızı maşın vurub.

Hafta.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan Lada Priora markalı avtomobil yolu keçən Bəyim Sadıqzadəni vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.