Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb

16:12 21.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Süleymanova Çinarə Fəxrəddin qızı iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.


Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və 050-793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.