İqtisadi böhranın davam etdiyi Misir ticarət əlaqələrində öz yolunu yeni dairələrə çevirir. Bu çərçivədə Misirin BRİKS-ə qoşulmaq üçün müraciət etdiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko Misirin BRİKS ölkələri təşkilatına qoşulmaq üçün müraciət etdiyini təsdiqləyib.
BRICS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası iyunun 2-də Cənubi Afrikada bir araya gəlib. Görüşdə Argentina, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Konqo Demokratik Respublikası, İndoneziya, Qabon, Komor, İran, Kuba, Misir, Səudiyyə Ərəbistanı və Venesuela da iştirak edib.
Formasiya 2001-ci ildə BRIC termini ilə yaranıb və ilk iclasını 2006-cı ildə keçirib. 2010-cu ildə Cənubi Afrikanın da qatılması ilə təşkilat BRİKS adlandırılıb. Hələ konkret struktur olmasa da, son illərdə BRİKS-in inteqrasiya olunmuş iqtisadi bloka çevrilməsi diqqət çəkir.