Misir Süveyş kanalında mərkəz yaradaraq Rusiya buğdasını satacaq

10:48 06.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir Süveyş kanalı yaxınlığında logistika mərkəzi yaradaraq Rusiya buğdasını qonşu ölkələrə ixrac etməyi planlaşdırır.

Hafta.az-ın RİA-Novosti-yə istinadən yazdığına görə, Misir Təchizat və Daxili Ticarət Nazirliyinin məlumatında, Süveyş Kanalı İqtisadi Bölgəsində Rusiya Taxıl Logistika və Paylama Mərkəzinin yaradılması ilə bağlı Moskva ilə danışıqlar aparıldığı bildirilib.

Paylama mərkəzi sayəsində Misir Süveyş kanalı iqtisadi zonasında logistik paylama mərkəzi yaradılacağı təqdirdə Rusiyadan buğda alışını artıraraq qonşu ölkələrə buğda və digər taxıl ixrac etməyi hədəfləyir.

Misir rəsmiləri bu logistika mərkəzinin təkcə Misirdə deyil, ərəb regionunda, eləcə də Şimali və Şərqi Afrikada buğda və digər taxılların əsas anbar və ticarət məntəqəsi kimi xidmət edəcəyinə inanırlar.

Rusiyanın BMT-nin himayəsi altında Ukrayna və Türkiyə ilə bağladığı taxıl sazişini dayandırmasının Misirə təsiri ilə bağlı danışan nazirlik rəsmiləri, digər idxalçı ölkələr kimi Misirin də dünya buğda qiymətlərindəki artım və dalğalanmalardan əziyyət çəkdiyini bildiriblər.