Misirdə yaşayış binası çöküb

10:30 27.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binası çöküb. Hadisə nəticəsində azı 3 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.

Hadisə səhər saatlarında baş verib. Dağıntılar arasında sakinlərin qaldığı ehtimal edilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.