Moldovanın Azərbaycandakı keçmiş səfiri BMT-də işə başladı

20:50 19.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
Moldovanın Azərbaycandakı keçmiş səfiri Georgi Leuca ölkəsinin BMT-dəki rəsmi nümayəndəsi olaraq vəzifəsinin icrasına başlayıb.
Hafta.az-ın yazdığına görə, diplomat bu barədə facebook səhifəsində məlumat verib. Bildirib ki, o, etimadnaməsini BMT-nin Baş katibi Antonio Quterresə təqdim edib. 
Görüş zamanı moldovalı diplomatla BMT-nin Baş katibi ikitərəfli və qlobal məsələləri müzakirə ediblər. G.Leuca bildirib ki, Moldova BMT-nin bütün layihələrində fəal iştirakını davam etdirəcək və öz üzərinə götürdüyü öhdəliklərin məsuliyyətini hiss edir. Xüsusilə də, demokratiya və insan hüquqlarının təbliğinə və qorunmasına töhfə vermək məqsədilə sülh və əminamanlıq, davamlı inkişaf və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması, məqsədlərin müəyyən edilməsi multilateralizmə əsaslanan beynəlxalq sistem qurmaq, beynəlxalq hüququn prinsiplərinə və BMT Kartına hörmət etmək Moldovanın əsas vəzifələrindəndir. 
Cənab Quterres də öz növbəsində deyib ki, BMT Moldovanın təşəbbüslərinə hər zaman isti yanaşıb və bundan sonra da dəstək verəcək.