Moldovanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib

21:21 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 3-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.