Monteneqro Ali Məhkəməsinin keçmiş sədri həbs olunub

16:12 18.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monteneqro Ali Məhkəməsinin keçmiş sədri xanım Vesna Medenitsa həbs edilib.

Hafta.az xəbər verir ki, V.Medenitsa Podqoritsa hava limanında saxlanılıb. O, cinayətkar qruplaşma yaratmaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Qeyd edək ki, V.Medenitsa 17 il Monteneqro Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb və 2020-ci ildə öz vəzifəsindən istefa verib.