Moskvada növbəti dron hücumu olub

09:38 21.06.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Moskvaya növbəti dron hücumu olub.

Hafta.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.

İlkin məlumata görə, partlayışa PUA-nın vurulması səbəb olub. Bundan əlavə, paytaxtın Naro-Fominsk rayonunda eyni vaxtda daha iki PUA yerə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub.