Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.
Hafta.az xəbər verir ki, siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.
Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.
***
Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.
Hafta.az xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.
Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.