Rusiya mətbuatında əks olunan bəzi fotolar sosial mediada səs-küy yaradıb. Son zamanlar sayı azalan Orta Asiyadan olan immiqrant işçilərin yerinə kubalı mühacirlərin işçi qüvvəsinə dəstək verməyə başladığına dair xəbər diqqət çəkib.
Hafta.az-ın “Komsomoskaya Pravda”ya istinadən yazdığına görə, kubalı işçilərin Moskvanın mərkəzinin bəzi rayonlarında qar təmizləmə kimi işlərdə işləməyə başladığı bildirilib.
Daha sonra Mərkəzi İnzibati Bölgə rəhbərliyi bəzi kubalı tələbələrin könüllü olaraq qartəmizləmə fəaliyyətlərinə qatıldığını açıqlayıb.
“Komsomoskaya pravda” qəzeti belə işlərdə çalışan könüllülərə 1000 rubl maaş verildiyini yazıb. Qəzet “Ömrlərində ilk dəfə qar görən tələbələr qar təmizləyərək cibpulu qazanıblar” yazıb.
Tacikistan və Özbəkistan vətəndaşları əvəzinə Rusiyada iş tapmağa çalışan hindistanlıların və çinlilərin sayında da böyük artım olduğu bildirilib.