145 illik müşahidə tarixində bütün zamanların ən qarlı qışlarından birini keçirən Moskvada həftəsonu yerlərdə qar yağması davam edərkən, səlahiyyətlilər son 58 ilin ən yüksək qar qalınlığının fevralın 16-da qeydə alındığını bildirdilər.
Hafta.az-ın yazdığına görə, meteoroloqun açıqlamasında deyilir ki, fevralın 16-da paytaxt Moskvada qarın qalınlığı VDNH bölgəsində 62, bazaar günü isə 67 santimetrə qədər yüksəlib. Hətta qarın Yeni Moskva vilayətində 79 santımetr, Tuşinoda isə 71 santımetrə yüksəldiyi aşkar edilib.
Moskvada qarın qalınlığı sonuncu dəfə 1966-cı ildə bu səviyyədə qeydə alınıb.
Məlumata əsasən Atlantik okeanından gələn “Rixa” qasırğası güclü qar yağmasına səbəb olub.
Mütəxəssislərin sözlərinə görə, hətta 80 santimetrlik qar yağıntısı da yoldadır: “Qar cəmi bir neçə gün dayanacaq və sonra yenidən yağmağa davam edəcək”.