Moskvanın tarixi adasında lüks yaxta klubu tikiləcək

09:23 12.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada tikinti sənayesi iddialı və orijinal layihələrlə həyatda qalmağa davam edir. Paytaxtın simvollarından olan Pyotrun heykəli ilə üzbəüz “Bolotnaya” adasında yaxtaklubun tikintisi gündəmdədir.

Hafta.az-ın yazdığına görə, “Krasnıy Oktyabr” şokolad fabrikinin ərazisində tikiləcək yaşayış evi layihəsinin saytında “Bolotnaya” adasında tikintisi planlaşdırılan park və yaxtaklubun tikintisi layihələri də təqdim olunub.

Adada 1867-1917-ci illər arasında Çar Yaxta Klubu fəaliyyət göstərib.