MSK-da növbədənkənar prezident seçkiləri iə əlaqədar iclası keçirilir

17:26 08.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri iə əlaqədar iclası keçirilir.

Hafta.az-ın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxildir.

Bunlar aşağıdakılardır:


1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;

2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;

3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;

4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.

Oxunma sayı 56
Siyasət rubrikasından digər xəbərlər