MSK prezident seçkiləri ilə bağlı yekun iclas keçirir

16:27 11.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının fevralın 11-də prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir.

Hafta.az xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur.