MSK: Saat 17.00-a qədər respublika üzrə seçici fəallığı 70,85 faiz olub

17:35 07.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin saat 17:00-a olan nəticələri məlum olub.

Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Bildirilib ki, növbədənkənar Prezident seçkilərində respublika üzrə seçici fəallığı 70,85 faizdir: "4590075nəfər səs verib".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.