MSK sədri beynəlxalq müşahidəçilərin sayını açıqladı

17:13 01.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, indiyə qədər 23 ölkə və 5 qurumdan 94 beynəlxalq müşahidəçi qeydə alınıb.