Müdafiə Nazirliyi "Baykar" şirkəti ilə saziş imzalayıb

16:00 08.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər insansız texnologiyalar istehsalı ilə məşğul olan "Baykar" şirkəti Azərbaycan Müdafiə Nazirliyi ilə saziş imzalanıb.

Hafta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsal üzrə Əməkdaşlıq Sazişi” imzaladıq", - açıqlamada bildirilir.

Sazişi şirkətin direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov imzalayıb.

Qeyd edək ki, Azərbaycan "Baykar" şirkətindən "Bayraktar TB2" və "Akıncı" adlı zərbə tipli PUA-lar alıb.