Yazını böyüt
Yazını kiçilt
“YAŞAT” Fondu müharibə əlili Cəmil Gülmət oğlu Ağamətova tibbi dəstək göstərib.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, fondun dəstəyi ilə onun üçün icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan xoşxassəli sümük törəməsi və ya kistasının küretajı və ya rezeksiyası əməliyyatı icra olunub.