Müharibə nəticəsində Ukraynada 61 xəstəxana dağıdılıb

23:24 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Rusiya ordusu Ukraynada 61 xəstəxananı sıradan çıxarıb".

Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

Onun sözlərinə görə, bəzi binaların pəncərələri sınıb döşəmələrə mərmi düşüb. Lyaşko qeyd edib ki, İzyumda xəstəxana dağıdılıb.

O, həmçinin bildirib ki, Volnovaxadakı xəstəxanada bu il istifadəyə verilən təcili yardım şöbəsi dağıdılıb.

Nazir xəstəxanaya gətirilən ən son avadanlıqların məhv edildiyini bildirib.