Yazını böyüt
Yazını kiçilt
Qərb şirkətlərinin bir-bi tərk etdiyi Rusiya bazarında Türkiyə sərmayəsinin payı artmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, Moskva Bələdiyyəsi bildiirb ki, son 4-5 il ərzində paytaxtda türk sərmayəsinin həcmi dörd dəfə yüksələrək 1,4 milyard dollaya çatıb. Türk şirkətləri "ortaqlarımız" adlandıran şəhər bələdiyyəsinin rəhbərliyi, yalnız 2021-ci illə müqayisədə türk sərmayəsinin 19 faiz artdığını misal çəkib.
Türk yatırımçıların əsas fəaliyyət sahəsi isə məlumdur - tikinti. Bu gün türklər Moskvada çox sayda otel, məktəb və bağçalar, mənzillər, ofislər və sair tikməkdədir. Hətta onlar Ritz-Carlton, Moskva teatrı və "Bolşoy teatr" kimi mərkəzlərinin binalarının tikinti-yenidənqurmasında böyük işlər görüblər.
Türk geyim markalarının da Moskva bazarına sürətlə daxil olduğu deyilir. "Zara", H&M və "Louis Vuitton" kimi markaların yerini hazırda "İpekyol", "Beymen", "Aker", "Vakko" ve "Arzu Kaprol"un almaqdadır.