Müsəlman evlilikləri və boşanmaları tənzimləyən qanun ləğv edildi

10:15 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Assam ştat hökumətinin sözçüsü Jayanta Malla Baruah əyalət hökumətinin dünən 1935-ci il tarixli Müsəlman Evlilik və Boşanma Aktını ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Baruah, müsəlman evlilikləri və boşanmaları tənzimləyən qanunun "yetkinlik yaşına çatmayanların nikahlarına qarşı mübarizəni dəstəkləmək səyləri" çərçivəsində ləğv edildiyini deyib. Bundan əlavə, Baruah bu addımın ştatda Vahid Mülki Məcəllənin tətbiqi istiqamətində bir addım olduğunu qeyd edib.

Hakim Bharatiya Janata Partiyasının (BJP) tabeliyində olan Assam ştatında baş nazir Himanta Bisva Sarma qanunun ləğvinin səbəblərindən birinin nikah və boşanmaların qeydə alınması öhdəliyinin olmaması olduğunu deyib.

Ana müxalifət Hindistan Milli Konqresi Partiyasının liderlərindən Abdur Raşid Mandal, müsəlmanların 1935-ci ildə qəbul edilmiş Müsəlmanların Evlilik və Boşanma Aktından məhrum edildiyini deyərək, "Seçkilərdən əvvəl hökumət hindu seçicilərini qütbləşdirməyə çalışır" deyə bildirib.

Qanunun uşaq nikahlarına icazə verdiyi iddialarının doğru olmadığını qeyd edən Mandal, bunun əyalətdə "müsəlmanların nikahlarının qeydiyyata alınması üçün yeganə mexanizm" olduğunu bildirib.

Mandal qanunun Hindistan Konstitusiyasına uyğun olduğunu müdafiə edərək, “Bu, müsəlmanların şəxsi qanunudur və onu ləğv etmək mümkün deyil” deyib.

Digər tərəfdən, Uttarakhand əyalətində, ölkədəki qanunları tək bir dam altında birləşdirən "Vahid Mülki Məcəllə", azlıqlara çeviklik verən mövcud hüquqi tənzimləmə əvəzinə fevralın 7-də qəbul edilib.

Oxunma sayı 175