Müxalifət Konstitusiya Məhkəməsinə şikayət ərizəsi hazırlayır

09:40 23.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan parlamentindəki müxalifət fraksiyasının nümayəndələri “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı şikayət ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edirlər.

Hafta.az-ın yazdığına görə, deputatlar sözügedən qanunun ləğvini tələb edirlər. Xüsusilə, Konstitusiyanın 22-ci və 78-ci maddələri ilə müvafiqlik məsələsi şikayət olunub.

Müxalifət nümayəndələri şikayət ərizəsini parlamentdə, deputat Tamar Kordzaianın kabinetində imzalayırlar. İmzalanma prosesi mediaya qapalı keçir. Görüşdən çıxan müxaliflər bunun ən azı etiraz aktı olacağını bildirirlər.

Mövcud məlumata əsasən, imzalanma prosesi təxminən iki gün boyu davam edəcək.

Tamar Kordzaia müxalifət adından sənədin yekun variantını Konstitusiya Məhkəməsinə təqdim edəcək.