Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifət oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlsə, Gürcüstan iki-üç aydan sonra Rusiya ordusunun ikinci cəbhəsinə çevriləcək.
Hafta.az-ın yazdığılna görə, baş nazir xatırladıb ki, 2022-ci il fevralın 24-dən sonra gürcü müxalifəti əsgərlərin Ukraynadakı döyüş zonasına göndərilməsini tələb edib. Kobaxidze: “Əgər biz nəzəri olaraq kollektiv “milli hərəkat”ın hakimiyyətə gələcəyini təsəvvür edə bilsək, mən sizə tam dəqiqliyi ilə deyirəm ki, 2-3 ay ərzində Gürcüstan ikinci cəbhəyə çevriləcək. Mən əldə etdiyim məlumata və keçmiş təcrübəmə əsaslanaraq bunu bildirirəm " deyib.
2022-ci il fevralın 25-də Rusiya qoşunlarının Ukraynaya daxil olmasının ertəsi günü Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəklərini açıqladı. Bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna səfiri İqor Dolqovun Tbilisidən geri çağırıldığını açıqlayıb. İrakli Kobaxidze deyib ki, buna səbəb təkcə sanksiyaların tətbiqindən imtina etməsi deyil, həm də Gürcüstanın Ukraynaya hərbi personal göndərmək istəməməsidir.
Kobaxidze bəyan edib ki, Gürcüstanın Ukraynaya hərbi personal göndərmək istəməməsi və Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi Ukrayna ilə münasibətlərdə gərginliyə səbəb olub. Gürcüstan bu qərarları ölkənin maraqlarını qorumaq üçün qəbul edib.
Baş nazir Kobaxidze vurğulayıb ki, müxalifətin qələbəsi Gürcüstanı daha böyük təhlükə qarşısında qoyacaq və ölkə hərbi münaqişənin bir hissəsinə çevriləcək. O, gürcü xalqının bu vəziyyətin qarşısını almaq, ölkənin maraqlarını qorumaq üçün hərəkətə keçəcəyinə inandığını bildirib.