Narkotikə görə tutulanlardan 154-ü qadın olub

17:13 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-sentyabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilib və həmin şəxslərdən 6329-u kişi, 154-ü qadın olub.

Hafta.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında yer alıb.

 

Qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.