NATO baş katibi Ukraynada müharibənin 10 il uzanacağını proqnozlaşdırdı

18:35 19.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Avropa ölkələri və NATO Ukraynadakı müharibənin növbəti on il müddətinə uzadılmasına hazırlaşmalıdırlar.

Hafta.az xəbər verir ki, bu haqda Stoltenberq “BBC”-yə müsahibəsində danışıb.

“Lakin burada əsas odur ki, biz Ukraynanı nə qədər çox dəstəkləsək və onu dəstəkləməyə nə qədər uzun müddət hazır olsaq, müharibə bir o qədər tez bitə bilər. Paradoks ondadır ki, prezident Putin indi bizi Ukraynanın müdafiəsindən çəkindirə biləcəyinə inanır. Buna görə də müharibə davam edir”, - deyə baş katib bildirib.

Onun sözlərinə görə, əgər Ukraynanın müttəfiqləri Kiyevi uzun müddət dəstəkləyəcəklərini açıq şəkildə bildirsələr, Ukraynanın suveren müstəqil dövlət kimi üstünlük əldə etməsinə şərait yaradacaqlar.

Stoltenberq həmçinin Avropa ölkələrini ABŞ prezident seçkilərində Donald Trampın qələbəsinin alyansın və transatlantik əlaqələrin kəsilməsinə gətirib çıxaracağı ilə bağlı “peyğəmbərliklərə” qarşı xəbərdarlıq edib. O, alyansın liderlərini Trampın ilk prezident olduğu 2016-cı ildə olduğu kimi, onunla əməkdaşlığa çağırıb. Ancaq seçki kampaniyası zamanı Trampın ritorikasına fikir verməməlidirlər.