NATO-nun keçmiş komandanı: “İlin sonunadək danışıqlar başlaya bilər”

10:48 30.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Rusiya ilə Ukrayna arasında danışıqların 2024-cü ilin sonuna qədər aparıla biləcəyini proqnozlaşdırıb.

Hafta.az-ın yazdığına görə, WABC-yə verdiyi müsahibədə Stavridis, "Məncə, bu ilin sonuna qədər, bəlkə də ABŞ seçkilərindən sonra potensial danışıqlar üçün bir fürsət ola bilər" deyib.

Rusiya və Ukraynanın uzun sürən münaqişələr səbəbindən tükənmə prosesinə girdiyi barədə fikirlərini ifadə edən təqaüddə olan ABŞ generalı bunun dialoq fürsəti yarada biləcəyini proqnozlaşdırıb. Digər tərəfdən Stavridis, hər iki tərəfin yaşadığı çətinliklərə baxmayaraq, xarici mənbələrdən dəstək almağa davam etdiklərini və bunun sülh müqaviləsinin imzalanmasını gecikdirəcəyini bildirib.

Rusiya ilə Ukrayna arasında qarşıdurmaların “Koreya ssenarisi” ilə bitəcəyini proqnozlaşdıran Ceyms Stavridis Kiyevin ölkənin şərqindəki torpaqların və Krımın Rusiyaya birləşdirilməsinə, eyni zamanda Moskva Ukraynanın Qərb blokuna inteqrasiyasına göz yummalı olacaq.