“NATO-nun maraqları Türkiyə üçün son dərəcə əhəmiyyətlidir”

09:26 30.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı siyasi ekspertlər Finlandiyadan sonra İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən Türkiyənin həm milli, həm də Alyansın maraqlarını üstün tutması ilə bağlı razılığa gəliblər.

Hafta.az-ın yazdığına görə, Rusiya Müasir Dövlət İnkişaf İnstitutunun prezidenti Dmitri Solonnikov İsveçin üzvlüyünün Türkiyə ilə ABŞ arasında müzakirə mövzusu olduğunu iddia edib. Solonnikov “İsveçin bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Məsələ Ankara ilə Vaşinqton arasında danışıqlar mövzusu olub” deyib.

Türkiyənin uzun müddətdir yekun qərarını vermədiyini xatırladan Solonnikov, “ABŞ-la danışıqlar aparırdılar. ABŞ-dan bəzi imtiyazlar, xüsusən də 10 milyard dollar almağa çalışdılar. Türkiyə lazım olan hər şeyi aldıqdan sonra İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırdı. Olan budur" deyə bildirib.

Moskvanın münasibətini şərh edən Solonnikov “Rusiya İsveçin NATO-ya daxil olmasına reaksiya verməyəcək. Çünki əks halda iki ölkə arasında münasibətlər pisləşə bilər” deyə əlavə edib.

Politoloq Sergey Mixeyev də NATO maraqlarının Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu ifadə edərək, “Diqqət etsəniz, İsveç 2022-ci ilin mayında NATO-ya müraciət edib. Türkiyə ilə razılaşma prosesi 20 ay çəkdi. Lakin bu, artıq gözlənilən bir hadisə idi, çünki Türkiyə, ilk növbədə, NATO üzvüdür” bildirib.

Mixeyev “Türkiyədən danışarkən onun NATO üzvü olduğunu və bu səbəbdən təşkilatın bütün fəaliyyətlərində iştirak etməli olduğunu unutmamalıyıq. Ona görə də NATO-nun maraqları Türkiyə üçün son dərəcə vacibdir. Biz bunu başa düşməliyik, Ankara həmişə belə davranacaq” deyib.