NATO-nun müdafiə nazirləri toplaşır

09:00 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO ölkələrinin müdafiə nazirləri martın 16-da Şimali Atlantika Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclasını keçirəcəklər.

 

Hafta.az-ın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

 

"Çərşənbə günü, martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclası keçiriləcək. Nazirlər təhlükəsiz telekonfrans vasitəsilə danışıqlar aparacaqlar", - deyə açıqlamada deyilir.

 

Görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.